Cənub bölgəsində balıq qəhətə çıxıb. Tribunainfo.az bildirir ki, bazarlarda balıq tapmaq qızıl axtarmaq qədər çətin olub. Sakinlər balıq zonasında yaranmış vəziyyətin səbəbini anlaya bilmirlər. Bəziləri bunu hava şəraiti, bəziləri balıq ovuna məhdudiyyətlə əlaqələndirir. Hazırda bir kiloluq kütüm balığı 30-35 manatdır. Bu da əhali üçün dodaq uçuqladan qiymətdir. Hər zaman ucuz qiymətə balıq almağa vərdiş etmiş insanlar indi bu balığı ala bilmirlər.