Dünyaca məşhur müğənni Cennifer Lopez Antaliyada konsert verəcək.
Tribunainfo.az xəbər verir ki, iyulun 23-də konsert verəcək Lopez rəqqasları, gündəlik məşqləri, komandası və repertuarı ilə konsertinə səylə hazırlaşır. Həmçinin onun qalacağı otaq da müzakirələrə səbəb olub.
Cennifer Lopez bundan əvvəl Regnum konserti üçün Crown Villa seçmişdi. Bu dəfə o, “Mağara”da qalacaq.
Həmin otaq 3500 kvadratmetrdir və eyni vaxtda 14 nəfəri qəbul edə bilir. Soyunma otağı qadınlar, xüsusən də səhnədə çıxış edənlər üçün vacib bir detaldır. Mağara otağında cəmi altı soyunma otağı var.
Adı mağara mənasını verdiyi üçün təbii olaraq içərisində bir mağara var.
Otaqda həmçinin Cennifer Lopezin baş hərfləri ilə işlənmiş xüsusi çarşaflar və bornozlar olacaq. Bütün bunlar onun üçün xüsusi olaraq hazırlanıb.
Musavat.com