Holliwood aktrisası Cennifer Eniston “Vanity Fair” nəşrinə müsahibəsində Bred Pittin Ancelina Coli ilə xəyanəti barədə danışıb.
Qaynarinfo-nun məlumatına görə, Cennifer Eniston etiraf edib ki, həmin dövr onun üçün çətin olub, çünki ictimaiyyət onun şəxsi həyatını diqqətlə izləyirdi.
“İnsanlar üçün bu, çox həyəcanlı bir hadisə idi. Onlar öz “sabun operalarına” baxmağı dayandırıb tabloidləri oxuyurdular. Təəssüf ki, bu baş verdi, amma artıq olan olub. Mən hər şeyi ürəyimə saldım. O zaman buna fikir verməmək gücüm çatmadı”, deyə aktrisa bildirib.
Məşhurun sözlərinə görə, ictimaiyyət çox vaxt unudur ki, aktyorlar da digər insanlar kimidir, buna görə də utanmadan başqalarının şəxsi həyatını müzakirə edirlər:
“Onlar düşünürlər ki, siz belə bir həyata imza atmısınızsa, dözməlisiniz. Amma məsələ ondadır ki, biz bu həyata imza atmamışıq”.
Cennifer Eniston iki dəfə ailəli olub. 2000-ci ildə o, Bred Pittlə evlənib, lakin beş il sonra ayrılıblar. Onun 2011-ci ildə “Dostlar” serialının ulduzunun Castin Teru ilə görüşdüyü məlum olub. Onlar “Səyahət arzusu” filminin çəkilişlərində tanış olublar. 2012-ci ilin avqustunda cütlük nişanlanıb, üç il sonra isə evləniblər. 2018-ci ildə ər-arvad ayrıldıqlarını açıqlayıblar.
Cennifer Enistondan boşandıqdan sonra Bred Pitt Ancelina Coli ilə görüşməyə başlayıb və 2014-cü ildə evləniblər. Cütlük 2016-cı ildə ayrılıb.