Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi

Cennifer Eniston Barak Obama ilə eşq şayiələrinə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud aktrisası Cennifer Eniston ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə bağlı eşq şayiələrinə təəccübləndiyini ifadə edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Cen Obamanı demək olar ki, tanımadığını, həmçinin onunla görüşməyə vaxtının olmadığını bildirir. O, dostlarına deyib ki, illərdir diqqət mərkəzində olsa da, bu, onun haqqında eşitdiyi ən qəribə şayiədir”, deyə ulduzun yaxın ətrafından biri bildirib.

Mənbə qeyd edib ki, Cennifer Eniston bu şayiələrə reaksiya verməyə qərar verib, çünki səssiz qalmağın vəziyyəti daha da alovlandıra biləcəyindən narahatdır. Həmçinin aktrisa bu məsələyə münasibət bildirərək, Barak Obamanın həyat yoldaşı Mişel Obamanın bu şayiələrdən narahat ola biləcəyini düşünüb.

“Cennifer Mişel üçün narahatdır, çünki Obamaların evliliyinin təhlükədə olduğu barədə xəbərləri oxuyub və özü də bu cür hekayələrin mərkəzində olmağın necə bir hiss olduğunu bilir”, deyə mənbə əlavə edib.

Cennifer Eniston ilə Barak Obama arasında eşq münasibətinin olduğuna dair şayiələr hələ ötən yay ortaya çıxmışdı. Lakin həmin vaxt aktrisanın nümayəndəsi bu məlumatları təkzib etmiş, sonradan ulduz özü Cimmi Kimmelin şousunda məsələyə münasibət bildirmişdi. Aktrisa siyasətçi ilə yalnız bir dəfə qarşılaşdığını söyləmişdi.

20 yanvarda ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama Donald Trampın inauqurasiya mərasimində iştirak etməmişdi. Bununla o, bütün keçmiş prezidentlər və onların həyat yoldaşlarının iştirak etdiyi bu ənənəni pozmuşdu. Buna baxmayaraq, Barak Obama mərasimə qatılmışdı.