“Cənnət Park” Mənzil Tikinti Kooperativi qanunsuz tikinti apardığına görə məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı iddianı məhkəmədə Heydər Əliyev adına Neft Emalı Zavodu qaldırıb. İşin mahiyyəti qanunsuz tikilinin sökülməsidir.
Tərəflər arasında 12 aydan çoxdur davam edən prosesdə heç bir nəticə əldə edilməyib. Növbəti proses 2025-ci ilin 6 yanvar tarixinə təyin edilib. İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılır. İş hakim Həlimə Alıyevanın icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilə “Cənnət Park” MTK-nın rəhbəri Qəmbər Fətullayevdir.
Tərəfləri dinləməyə hazırıq.
Nigar