Cenk Tosunun atasını Sumqayıtda nə təəccübləndirib?backend

Cenk Tosunun atasını Sumqayıtda nə təəccübləndirib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah” – “Beşiktaş” oyununu izləmək üçün Bakıya gələnlərdən biri də “qara qartallar”ın forvardı Cenk Tosunun atası Şenol Tosun da var idi.

“Football-plus.az” xəbər verir ki, Bakıda keçirilən oyundan əvvəl Şenol bəy Sumqayıta səfər etməyi, “Sumqayıt”ın futbol akademiyasının rəhbəri Hakan Sünalla görüşməyi lazım bilmişdi. Yeri gəlmişkən onu da bildirək ki, Cenk Hakan bəyin yetirməsidi. “Beşiktaş”ın hücumçusu Franfurt “Ayntraxt”ında Sünalın rəhbərliyi altında futbola başlayıb. Fürsətdən istifadə edib Şenol bəylə söhbətləşdik.

– Azərbaycana xoş gəlmisiz. Bundan öncə bura səfər etmişdiz?
– Bu mənim Azərbaycana ilk səfərimdi.

– Ölkəmizi bəyəndiz?
– Çox bəyəndim. Azərbaycanın, Bakının gözəl olduğunu eşitmişdim. Ancaq düşünmürdüm ki, bu qədər gözəl olar. Həqiqətən gördüklərimdən məmnunam. Artıq indidən növbəti səfər barədə düşünürəm. İkinci gəlişimdə xanımımı da gətirəcəm.

– Bu gün Hakan Sünalın rəhbəri olduğu akademiyaya da baş çəkdiz. Bəyəndiz?
– Çox xoşuma gəldi. Açığı, gözdüklərimdən yaxşı mənada təəccübləndim.Gözlələməzdim ki, burda belə infrastruktur olar. Futbol oynamaq, futbolçu yetişdirmək üçün Sumqayıtda hər cür şərait var. Yeni tikilən gözəl arena, məşq meydanları, bir sözlə, mükəmməl bir iş görülüb. Hakan bəylə ofisi də gəzdim, paltardəyişmə otaqlarını nəzərdən keçirdim, iş otağına baxdım. Avropa səviyyəsində infrastrukturla qarşılaşdım. Yenə deyirəm, gəlməmişdən öncə ağlıma da gəlməzdi ki, sizdə belə işlər görülə bilər. Tədricən Avropaya çatırsız.

– Bu gün imkan tapıb aşağı yaş qruplarında pley-off matçı da izlədiz (“Sumqayıt” – Qarabağ” U-14 liqası). Uşaqların oyununu barədə fikirlərinizi bilmək istərdik.
– Görülən iş ortadadı. Hər iki komanda normal futbol sərgilədi. Texnikalı uşaqlarınız çoxdu. Onları dünya səviyyəli oyunçu etmək üçün düzgün istiqamətləndirmək lazımdı. Mənə verilən məlumata görə, Azərbaycanda uşaqlar futbolla 10-12 yaşlarında məşğul olmağa başlayırlar. Müasir futbol üçün bu artıq gecikmiş yaşdı. Cenk “Ayntraxt”da futbola başlayanda 5 yaşı var idi. Hakan bəyin yetirməsidi. Təməlin düzgün olması üçün uşağı 4-5 yaşda artıq futbola gətirmək lazımdı. O yaşda bəlkə də uşaq üçün futbol əyləncə sayılacaq. Ancaq əsas odu topu hiss etsin.

– “Sabah” – Beşiktaş” oyununda kim qalib gələcək (müsahibə oyundan öncə olub)?
– Bu bir qardaşlıq matçı. Burda hesab önəm kəsb etmir. Fikrimcə, heç-heçə başa çatacaq (gülür).