Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan “C130” tipli hərbi nəqliyyat təyyarəsində həlak olan hərbçilərin nəşləri Türkiyəyə göndərilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, onların nəşləri Türk Silahlı Qüvvələrinə məxsus “A400M” tipli hərbi təyyarəyə yerləşdirilib. Məlumata görə, təyyarə yerli vaxtla saat 20:30-da Tbilisidən havaya qalxaraq Türkiyəyə doğru yola düşüb.
Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.










