Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start veriləcək.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start veriləcək.
Turun birinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gələcəklər. “C” qrupunda yer alan “Atletiko Madrid” klubu doğma meydanda təmsilçimiz “Qarabağ”ı qəbul edəcək. Bu qrupun lideri “Çelsi” isə səfərdə “Roma”nın qonağı olacaq.
Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:
“A” qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Benfika” (Portuqaliya)
“Bazel” (İsveçrə) – ÇSKA (Rusiya)
“B” qrupu
“Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya)
PSJ (Fransa) – “Anderlext” (Belçika)
“C” qrupu”
“Atletiko Madrid” (İspaniya) – “Qarabağ” (Azərbaycan)
“Roma” (İtaliya) – “Çelsi” (İngiltərə)
“D” qrupu
“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) – “Barselona (İspaniya).