Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.

Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq.

“Barselona” evdə “Benfika”nı, “Liverpul” PSJ-ni qəbul edəcək. “Feyenoord” səfərdə “İnter”in, “Bavariya” isə “Bayer 04”ün qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri11 mart

21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) (İlk oyun – 1:0)

00:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa) (İlk oyun – 1:0)

00:00. “İnter” (İtaliya) – “Feyenoord” (Niderland) (İlk oyun – 2:0)

00:00. “Bayer 04” (Almaniya) – “Bavariya” (Almaniya) (İlk oyun – 0:3)

Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı sabah keçiriləcək.