Çempionlar Liqasında finala bərabər oyun: “Real Madrid” “Mançester Siti”ni qəbul edirbackend

Çempionlar Liqasında finala bərabər oyun: “Real Madrid” “Mançester Siti”ni qəbul edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Tribunainfo.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turnirin son qalibi olan İspaniya “Real Madrid”i finala gedən yolda İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

İki kollektiv ötən mövsümdə də Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlib. Səfərdə 3:4 hesabı ilə uduzan Madrid təmsilçisi ev qələbəsi (3:1) sayəsində finala adlayıb.

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
9 may

23:00. “Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Madrid, “Santyaqo Bernabeu” stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında İtaliya təmsilçiləri “Milan” və “İnter” qarşılaşacaqlar. Görüş mayın 10-da keçiriləcək.