Çempionlar Liqasında 7:0 hesablı qələbə – Holanddan qol şousu(VİDEO)backend

Çempionlar Liqasında 7:0 hesablı qələbə – Holanddan qol şousu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
VUEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib.
 “Mançester Siti” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “şəhərlilər” evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.
Digər matçda isə İtaliya “İnter”i Portuqaliyada “Portu” ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanmışdı.
Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab oyunları
14 mart
“Portu” (Portuqaliya) – “İnter” (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa).
Qırmızı vərəqə: Pepe, 90+7 (“Portu”).
İlk oyun – 0:1.
“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 7:0
Qollar: Erlinq Holand, 22 (penalti); 24; 45+2; 54; 57. İlkay Gündoğan, 49. Kevin de Brüyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
İlk oyun – 1:1.
Qeyd edək ki, daha əvvəl Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi”, İtaliyanın “Milan” və Almaniyanın “Bavariya” komandaları 1/4 finala adlayıblar.