Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Tribunainfo.az-ın məlumatına görə, ilk olaraq 8 qarşılaşma baş tutacaq.
“Qarabağ”ın II raunddakı potensial rəqiblərindən olan Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar – 1:0.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18 iyul
19:00. “Struqa” (Şimali Makedoniya) – “Jalgiris” (Litva)
İlk oyun – 0:0
21:00. “Flora” (Estoniya) – “Rakuv” (Polşa)
İlk oyun – 0:1
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta)
İlk oyun – 4:0
21:00. “Şerif” (Moldova) – “Farul” (Rumıniya)
İlk oyun – 0:1
22:00. BATE (Belarus) – “Partizani” (Albaniya)
İlk oyun – 1:1
22:00. TNS (Uels) – “Haken” (İsveç)
İlk oyun – 1:3
22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Urartu” (Ermənistan)
İlk oyun – 1:0
23:15. “Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya)
İlk oyun – 1:0
Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək.