“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.
Tribunainfo.az xəbər verir ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyunun Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. “Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Matçı latviyalı FIFA referisi Vitali Spasennikov idarə edəcək. Ona laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək. VAR hakimləri Andres Treymanis və Kristaps Ratnieks olacaqlar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
19.30 Linkoln (Cəbəllütariq) – Qarabağ (Azərbaycan) 1:1
Qollar: Kike Qomes, 25 – Redon Cica, 58.
Linkoln: Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe.
Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Kayl Klinton, Xuan Penya, Conatan Şortino, Cumaney Börnet, Samson Acayi, Santi Luke, Li Kasyaro.
Baş məşqçi: Xavi Munyos.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya).
“Viktoriya” stadionu.