Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
İstanbul nəhəngi III təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya”nı üstələyib.
Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenada da rəqibi məğlub ediblər – 1:0. Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.
“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.