Çempionlar Liqası: PSJ səfərdə “Arsenal”a qalib gəlib

Çempionlar Liqası: PSJ səfərdə “Arsenal”a qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin “Arsenal” klubuna qalib gəlib.

“Emireyts” stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.

Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” arasında gerçəkləşəcək./