Çempionlar Liqası: Messi “Çelsi”ni məğlub etdi, “Beşiktaş” isə… – VİDEO

Çempionlar Liqası: Messi “Çelsi”ni məğlub etdi, “Beşiktaş” isə… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçirilib.

Minval.info xəbər verir ki, “Barselona” öz meydanında “Çelsi”ni qəbul edib. İlk qarşılaşma 1:1 bərabərliklə bitdikdən sonra cavab matçın maraqlı olacağı gözlənilirdi. Lakin katalonlar çox asanlıqla növbəti mərhələyə adlaya bildi. Bu işdə “Çelsi”nin qapıçı Nouyerin də “zəhmət”i danılmaz oldu. “Barsa” Messinin qolları və bir məhsuldar ötürməsi ilə 3 cavabsız topla ingilisləri məğlub etdi.

Bundan əvvəl isə “Beşiktaş” “Bavariya” komandaları ilə üz-üzə gəlib. Gözlənildiyi kimi qarşılaşmada heç bir sürpriz hadisə baş verməyib. Almanlar Türkiyədə də “Beşiktaş”ın qapısına 3 qol vurub. “Qara qartallar” bu toplardan birinin əvəzini çıxa bilib.

“Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) – 1:3

Qollar: Vaqner Lav, 59 – Tiaqo Alkantara, 18. Gökhan Gönül, 46 (öz qapısına). Sandro Vaqner, 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) – 3:0

Qollar: Lionel Messi, 3; 63. Osman Dembele, 19

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 1:1