UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki matç keçirilib.
Tribunainfo.az xəbər verir ki, İspaniyada “Real” “Leyptsiq”i, İngiltərədə isə “Mançester Siti” “Kopenhagen”i qəbul edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
6 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 3:1
Qollar: Manuel Akanci, 5, Xulian Alvarez, 9, Erlinq Haaland, 45+3 – Məhəmməd Əlyunussi, 29
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:1.
00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya) 1:1
Qollar: Vinisius Juniyor, 65 – Villi Orban, 68
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0.