Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Tribunainfo.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Fransa “Marsel”i Yunanıstanda “Panatinaikos”un, İsrailin “Makkabi” (Hayfa) komandası Slovakiyada “Slovan”ın, İsveçrə “Servett”i isə Şotlandiyada “Reyncers”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust
22:00. “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa)
22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)
22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)
Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.