Cəmiyyətdə zorakılıq niyə artır? – EKSPERTbackend

Cəmiyyətdə zorakılıq niyə artır? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Türkiyədə iki gənc qız vəhşicəsinə qətlə yetirilib. Qadın qətli xəbərləri demək olar ki, hər gün gündəmi zəbt edir. Bəs, niyə zorakılığa meyl artır?

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ekspertlər cəmiyyətdə cəzasızlıq və zorakılığın artması ilə bağlı son vəziyyəti dəyərləndirib.

Cəza hüquq mütəxəssisi Rezan Epozdəmir bildirib ki, ağırlaşdırılmış cəzalar edam cəzasının əvəzinə tətbiq edilən ən ağır cəzadır. Qətlləri törədənlər də ən çox gənclər arasında yayılıb.

Professor Nəbi Sümerin sözlərinə görə, yüksək eqo onları bu vəziyyətə gətirib çıxarır.

“Uşaq yetişdirərkən onlarda özünə hörmət formalaşdırılmalıdır. Cinayət törədən insanlar əslində zəif insanlardır”.

Ceyran