backend

CƏMİYYƏTDƏ AİLƏ DƏYƏRLƏRİ HEPATİT VİRUSUNA YOLUXUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki


Ötən gün əminin öz doğma qardaşı qızının qaçırmağı hadisəsi ölkə ictimaiyyətini bir-birinə vurdu. Hadisən hamı tərəfindən qınaq obyektinə çevrildi.  


Ötən gün əminin öz doğma qardaşı qızının qaçırmağı hadisəsi ölkə ictimaiyyətini bir-birinə vurdu. Hadisən hamı tərəfindən qınaq obyektinə çevrildi.

Ailə məsələləri üzrə araşdırmaçı-yazar Zaur Tahirsoy TİA.AZ-a  hadisəylə bağlı münasibətini bildirdi. Onun sözlərinə görə, Gəncədə baş verən məlum olay Azərbaycanda ailə dəyərlərinin məhv olmaq üzrə olmasının kiçik siqnalidir: “Maraqlısı budur ki, ölkədə onlarla, bəlkə də yüzlərlə oxşar hadisələrin olmasına rəğmən cəmiyyət birinə təpki verir. Təəssüf ki, bir müddət sonra heç nə olmamış kimi həyatına davam edir. Bu növ ictimailəşmiş hadisələrdən daha qorxulusu gizlində baş verənləridir. Ailə müşaviri kimi ayda ən azı 5 daha dəhşətli hadisə eşidirəm. Səbəbi isə kişilərdə qeyrət boşluğunun yaranmasıyla yanaşı məsuliyyətin olmamasıdır. Cəmiyyətdə “ailə dəyərləri” bir növ “hepatit” virusuna yoluxub. Birdən birə ağırlaşmayla özünü büruzə verəcək. Kişilərin ailə mövzusunda maariflənməsi ağırlaşmaların qarşısını nisbətən ala bilər. Çünki kişi ailənin başçısıdır və “balıq başdan iylənər””.

İlahə