Cem Yılmaz nə qədər pensiya aldığını açıqladı

Cem Yılmaz nə qədər pensiya aldığını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktyor Cem Yılmaz nə qədər pensiya aldığını açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“1996-cı ildən, yəni 27 ildir çəkiliş meydançasındayam. Pensiya 12 min 800 lirədir (810 azn). Allah bərəkət versin”, – deyə əlavə edib.
Qeyd edək ki, 50 yaşlı Cem Yılmaz daha əvvəl təqaüdə çıxdığını bildirmişdi.
O, “Dostlar, mən təqaüdə çıxdım. Ürəyim rahatladı. Allah hər kəsə nəsib etsin”, deyə bildirmişdi.