Cem Yılmaz Kılıçdaroğlunun namizəd seçilməsindən sonra maraqlı paylaşım etdibackend

Cem Yılmaz Kılıçdaroğlunun namizəd seçilməsindən sonra maraqlı paylaşım etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
CHP partiyasının sədri Kemal Kılıçdaroğlunun Millət İttifaqının ortaq namizədi elan edilməsindən sonra aktyor Cem Yılmaz sosial media hesabında maraqlı paylaşım edib.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlcə buludların arxasından doğan günəşin fotosunu paylaşan Cem Yılmaz daha sonra “Dəyərlər yüksəlir” ifadələrini işlədib.

Məşhur gülüş ustasının paylaşımı qısa zamanda sosial medianın gündəminə çevrilib.
Xatırladaq ki, prezidentliyə namizədlik probleminin yaşandığı 6 partiyalı masada razılaşma əldə edilib.
5 saata yaxın davam edən görüşdən sonra “Səadət” partiyasının sədri Temel Karamollaoğlu böyük kütlə qarşısında çıxış edərək prezidentliyə namizədin Kamal Kılıçdaroğlu olduğunu açıqlayıb.