Məşhur komediya ustası Cem Yılmaz şəxsi həyatı ilə yenə gündəmə gəlib. Keçmiş həyat yoldaşı Ahu Yağtu ilə bir oğlu olan Cem Yılmazın Defne Samyeli və Serenay Sarıkaya ilə münasibəti uzun müddətdir danışılırdı. Bir müddətdir adı eşq dedi-qodularına qarışmayan 50 yaşlı Cem Yılmaz yeni eşq üçün yelkən açıb. Özündən 13 yaş kiçik Cem Yılmazın sirli eşqinin kim olduğu üzə çıxıb.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, onunbmüəmmalı paylaşımı Yılmazın yeni eşq üçün yola çıxdığını ortaya çıxarıb.
Sosial media hesabında “Odur” qeydi ilə paylaşdığı fotodakı hündürdaban ayaqqabının sahibi maraq doğurub.
Oxlar bir müddət barışacaqları güman edilən Sarıkayaya tərəf yönəldilib. Lakin Sarıkaya Balidən fotolar paylaşaraq kadrdakı qadının o olmadığını sübut edib.
Komediya ustası Cem Yılmazın ötən gün paylaşdığı dikdaban ayaqqabı geyinən sirli qadının kim olduğu maraqla qarşılanıb. Şəkildəki şəxsin kim olduğu məlum olub.
Cem Yılmaz bu dəfə pilates təlimçisi Necla Karahalillə birlikdə olduğu ortaya çıxıb.
Karahalil Cem Yılmazla münasibətini etiraf edərək, “Günəşim doğdu, ağzım şirin oldu, ürəyim çıxdı, ruhum sığallandı” deyib.
Dəniz Pənahova