“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Tribunainfo.az xəbər verir ki, “Çelsi” 24 yaşlı nigeriyalı hücumçunun transferi üçün yenidən fəaliyyətə başlayıb. London klubu mərkəz hücumçusu axtarır. Klub rəhbərliyi həmin mövqeyə Osimheni ideal namizəd hesab edir. Bu barədə “Todofichajes” məlumat yayıb.
Bildirilir ki, “Çelsi” futbolçu üçün təxminən 170 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl Neapol klubunun sosial şəbəkələrində hücumçu ilə bağlı yumoristik videonun yayılmasına görə Osimhen və “Napoli” arasında münaqişə yaranıb. Forvardın agenti sosial şəbəkələrdə yayımlanan videoya görə məhkəməyə müraciət edə biləcəyini deyib.
Bu mövsüm Osimhen “Napoli”nin heyətində bütün turnirlərdə 7 oyun keçirib. O, bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.