“Çelsi”nin ulduzu “Qarabağ”a qarşı oynamayacaq

“Çelsi”nin ulduzu “Qarabağ”a qarşı oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi”nin ulduzu Koul Palmer “Qarabağ”a qarşı Çempionlar Liqasının Liqa mərhələsini 4-cü turunda keçiriləcək matçda iştirak edə bilməyəcək.

 Tribunainfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

O bildirib ki, zədələnən K.Palmer 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Çelsi” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın qonağıdır. Komandalar arasındakı oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.