UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulub.
Tribunainfo.az xəbər verir ki, son oyun günündə daha 7 qarşılaşma keçirilib.
“Qarabağ”ın rəqiblərindən “Çelsi” İngiltərədə “Ayaks”ı, “Liverpul” isə Almaniyada “Ayntraxt”ı darmadağın edib. “Bavariya” isə Almaniyada Belçika “Brügge”sinin qapısından 4 cavabsız top keçirib.
“Real Madrid” isə İspaniyada İtaliyanın “Yuventus” klubuna minimal hesabla qalib gəlib.
Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. “Qalatasaray” (Türkiyə) – “Budyo Qlimt” (Norveç) – 3:1
20:45. “Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan) – 3:1
23:00. “Çelsi” (İngiltərə) – “Ayaks” (Niderland) – 5:1
23:00. “Atalanta” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya) – 0:0
23:00. “Ayntraxt” (Almaniya) – “Liverpul” (İngiltərə) – 1:5
23:00. “Sportinq” (Portuqaliya) – “Marsel” (Fransa) – 2:1
23:00. “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) – 0:0
23:00. “Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:0
23:00. “Bavariya” (Almaniya) – “Brügge” (Belçika) – 4:0.