Cəlilabad rayonunun Nar bağı adlanan ərazisində 20-dən çox şəxsin iştirakı ilə kütləvi dava baş verib. Cəlilabad rayonunun Nar bağı adlanan ərazisində 20-dən çox şəxsin iştirakı ilə kütləvi dava baş verib.
TİA.AZ report-a istinadən xəbər verir ki, dava zamanı 5 nəfər bıçaqlanıb.
Bunlar rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubovdur. İlkin məlumata görə, xəsarət alanlar 17 nəfərdən ibarət bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ruslan Əliyevin vəziyyəti ağırdır.