Şirvan Apelyasiya Məhkəməsində “Cəlilabad Şərab – 2” ASC-yə qarşı iddiaya baxılıb. Tribunainfo.az bildirir ki, müəssisə alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı Allahverdiyev Vaqif tərəfindən məhkəməyə verilib. İşə hakim Cahid İmanov sədrlik edib.
Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC 15.10.1999-cU ildə yaradılıb. ASC-nin nizamnamə kapitalı 352 786 manatdır, qanuni təmsilçisi Məmmədli Qocayev Göyüş oğludur. Hüquqi ünvanı Az1519 Cəlilabad Rayonu, Qarazənvir ünvanında yerləşir. Ötən il Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciətində Məmmədli Qocayevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib. Buna səbəb isə ASC-nin yığılan vergi borcunun ödənilməməsi göstərilir. Şirkətin vergi borcu hazırda 550 min manatı ötüb.
Rasim