Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yeni təyin edilən direktor Oktay Əmənullayevin dərman firmalarının əməkdaşlarından 30-70 min manat arası pul tələb etdiyi deyilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Feysbukda “Cəlilabad xəbərləri” səhifəsi paylaşıb. Səhifə paylaşımında bildirib ki, yeni direktor dərman firmalarını ancaq bir şərtlə xəstəxanaya buraxacağını bildirib:

“Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin olunduqdan sonra yeni qanunlar qüvvəyə minib. Belə ki, dərman firmalarının nümayəndələri xəstəxanaya buraxılmır. Bu barədə məlumat verən mənbə bildirir ki, yeni direktor bundan ötrü dərman firmalarından haqq tələb edir. Firmaların xəstəxanada həkimlərlə görüşə bilməsi üçün 30-70 min manat aralığında pul tələb edir. Yəni hər bir firma bu məbləği hər ay direktora ödəməzsə, onda xəstəxana ilə vidalaşmalı olacaq”.

Səhifənin yaydığı xəbərə direktor O.Əmənullayev özü şəxsən münasibt bildirib. Direktor dərman firmalarını xəstəxanaya buraxmadığını təsdiqləyib.

“Fikirlərinizə görə hər birinizə təşəkkür edirəm. Hamının fikir bildirmək hüququ var. 30-70 min bir az inandırıcı olmadı. Bir az endirim etsəniz yaxşı olar.

Sizin də köməyinizlə uzağı 6 aya Cəlilabadda gözəl bir xəstəxana mühiti görəcəyik. Qaldı firmaları buraxmamaq məsələsinə, bu sizin xeyrinizə atdığımız addımlardan biridir. İşlədiyim müddətdə söz verirəm ki, firmalar cibinizə girməyəcək. Bunun üçün heç kimdən “sağ ol” istəmirəm.
Hamınıza hörmətlə, Oktay doktor”, – deyə O.Əmənullayev qeyd edib.

Gülşən Rəsul