Çəkiyə baxdıqda çörəyin qiymətində ciddi bir ucuzlaşma yoxdur – İqtisadçı

Çəkiyə baxdıqda çörəyin qiymətində ciddi bir ucuzlaşma yoxdur – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan MR-da çörəyin qiyməti azaldılıb. Bu gündən muxtar respublikanın pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə deyil, 40 qəpiyə satılır. Çörəyin ucuzlaşması dünya bazarında taxılın ucuzlaşması ilə izah olunur.
Tribunainfo.az bildirir ki, məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı Pərviz Heydərov çörəyin ucuzlaşmasından söhbət getmədiyini dedi:

– Burada hansı ucuzlıaşmadan danışmaq olar? 300 qramlıq çörəyin qiyməti 45 qəpikdən 40 qəpiyə düşüb, paytaxtda da 600 qramlıq çörəyin qiyməti 65 qəpikdən 60 qəpiyə düşüb. Yəni, çəkiyə baxdıqda əsaslı, ciddi bir ucuzlaşma yoxdur. 300 qramlıq çörəyin qiyməti neçə olmalıdır ki?!. Çörəyin çəkisi azaldılıb, qiyməti aşağı salınıb. 300 qramlıq çörək 40 qəpikdir, 600 qramlıq da 60 qəpik. Fərq nədədi?

İqtisadçı qeyd etdi ki, dünya bazarında vəziyyət nəzərə alınarsa, çörəyin qiymətində əsaslı ucuzlaşma olmalı idi:

– Hazırda dünya bazarındakı vəziyyət çörəyin qiymətində əsaslı ucuzlaşmanı təmin edə bilərdi. Dünya bazarında hazırda taxılın qiyməti ucuzlaşıb, unun da qiyməti ucuzlaşıb. Bilirsiniz ki, biz un məhsulunu idxal edirik. Unun qiymətində isə əməlli-başlı enmə var. Digər tərəfdən, hazırda biçin vaxtıdır. Yerli istehsal da var. Hətta deyərdim ki, unun maya dəyərində daha çox enmə var. Yəni, hazırkı bütün amillər çörəyin qiymətinin ciddi şəkildə ucuzlaçması üçün əsas verir. Amma biz bunu görmürük. Paytaxtda bu, niyə hiss olunmur? Çünki un məmulatlarına tələb böyükdür. Və əlbəttə, subyektiv səbəblər də var. Əslinə qalsa, şərtlərə baxıldıqda biz çörəyin, unun qiymətində ucuzlaşmanı görməliyik. Amma görmürük. Çörəyin qiyməti birbaşa dövlət tərəfindən təyin edilməsə də, yenə də müəyyən qədər tənzimlənir. Hesab edirəm ki, gələcəkdə un bazarında ajiotajın yaranmaması üçün daxildə qiymətləri sərbəst buraxmalıyıq. Çünki payızda taxılın, unun qiymətlərinin qalxmayacağına təminat yoxdur. Dünya bazarında qiymətlər qalxanda bizdə də bu, qaçılmaz olacaq. Çörəyin qiyməıtinin qalxması isə avtomatik olaraq bütün digər məhsulların qiymətinə təsir edəcək. Ona görə də indidən qiymətləri sərbəst buraxmaq daha məqsədəuyğundur.