Ceki Çanın ad gününü belə təbrik etdi – Video

Ceki Çanın ad gününü belə təbrik etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı məşhur aktyor Uill Smitin bu gün 71 yaşını qeyd edən çinli həmkarı Ceki Çanı təbriki sosial şəbəkələrdə maraqla qarşılanıb.

Tribunainfo.az xəbər verir ki, Uill Smit “İnstagram” sosial şəbəkəsində özü və Ceki Çanın oxşarlarının hazırladığı videonu paylaşaraq həmkarına təbriklərini çatdırıb.

“Yaxşı ki, doğulmusan, Ceki Çan. Birlikdə olduğumuz bir video tapa bilmədim, amma bu da ona yaxındır”, – amerikalı aktyor paylaşımında yazıb.

Sözügedən video sosial şəbəkələrdə gündəm olub və çox sayda bəyənmə toplayıb.

Qeyd edək ki, Uill Smit Ceki Çanla “Ças pik” treylerində tərəf müqabili olub. Həmçinin Smitin oğlu “Karateçi uşaq” filmində Ceki Çanla baş rola çəkilib.