Ağ Evin milli təhlükəsizlik müşaviri Sullivan ilə vəliəhd şahzadə Salman arasında planlaşdırılan görüş qəza səbəbindən pozulub.
Tribunainfo.az Ensonhaberler-ə istinadən xəbər verir ki,Səudiyyə Ərəbistanına səfər edəcəyi gözlənilən Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın səfəri qabırğa sınığı səbəbindən təxirə salınıb.
Sallivan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyi planlaşdırırdı.
Qəzaya nəyin səbəb olduğu barədə təfərrüatlar paylaşılmayıb. Ağ Evin sözçüsü Con Kirbi hadisənin “özünün” olduğunu və onun səyahət qabiliyyətinə təsir etdiyini bildirib.