Çeçen məmurun qızı Türkiyədə saxlanıldı

Çeçen məmurun qızı Türkiyədə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə olan beş nəfər saxlanılıb.
Bununla bağlı “Daily Sabah” qəzeti məlumat yayıb.
Saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızı da var. İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar.
2013-cü ilin noyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Dudurkayevi istefaya göndərib. Buna səbəb məmurun qızının Suriyadakı terrorçulara qoşulması olub.(Oxu.Az)