“Çeburaşka” inzibati məsuliyyətyə cəlb edildi – Hansı qaydaları pozub?

“Çeburaşka” inzibati məsuliyyətyə cəlb edildi – Hansı qaydaları pozub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çeburaşka-Kub Körpələr Evi Uşaq Bağçası” inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, bağça İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə ittiham edilir.

Bu maddə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərə xəbərdarlıq edilməsi və ya onların 20 manatdan 30 manatadək məbləğdə cərimələnməsi, vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manatdan 150 manatadək məbləğdə cərimələnməsi, hüquqi şəxslərin isə 350 manatdan 500 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Yanvarın 29-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək.

“Çeburaşka” Azərbaycanda kifayət qədər məşhur körpələr evi-uşaq bağçasıdır. Bağçanın rəhbəri Nərgiz Nuriyevadır.