Cəbrayılda 33 yaşayış binası inşa edilir, köç olacaq – Videobackend

Cəbrayılda 33 yaşayış binası inşa edilir, köç olacaq – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.