backend

Cəbhədə gərgin döyüşlər və sərxoşluq edən Sarkisyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən gün daha böyük itkilər verir.  Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən gün daha böyük itkilər verir. 

Mayın 20-də atəşkəsi pozan erməni hərbi birləşmələri daha bir itki verdi. Ermənistan mediası əsgər Karen Danielyanın aldığı güllə yarasından öldüyünü açıqladı.

TİA.AZ xəbər verir ki, Ermənistan cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır.

Erməni jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı blokadaya salıb, iqtisadiyyat iflic olub: “Bunun əvəzini bizim gənclərimiz ödəyir. Cəmiyyətdə və orduda mənəvi-psixoloji boşluq hökm sürür. Artıq bu həqiqətdir ki, itkilərin qarşısını yalnız sülh ala bilər. Lakin sülh üçün şərait yoxdur. Ermənistanda hakimiyyət müharibə fəlsəfəsindən öz uzun ömürlülüyünü təmin etmək üçün istifadə edir. Həmçinin, dünyada da sülh üçün zəmin yoxdur. Tramp başqa işlərlə məşğuldur, Avropanın başı öz daxilinə qarışıb və bizim ümidimiz yalnız Rusiyaya qalıb. Rusiya da birinci prezident Levon Ter-Petrosyanın təklif etdiyi şərtləri irəli sürür. Moskva məsələnin həllini “Lavrov planı” (ərazilərin çox hissəsinin qaytarılmasını nəzərdə tutan təkliflər – red.) çərçivəsində görür”.

Erməni jurnalist qeyd edir ki, bütün bunların fonunda Ermənistan hakimiyyətinin davranışı da faciəlidir.

“Cəbhədə döyüşlər gedir, gənclərimiz ölür, hakimiyyət isə içki məclislərində kef edir. Etiraf etməliyik ki, gənclərimizin ölümündə hakimiyyətin də böyük payı var”, – deyə o vurğulayıb.