Cazibə qanunu-Pozitiv düşüncə

Cazibə qanunu-Pozitiv düşüncə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir mənfi düşüncə digərlərinə yol açar, bir pozitiv düşüncə  daha çox pozitiv düşüncələrə yol açar

Düşüncə insanın həyatında böyük rol oynayır.Düşüncələr 2 cür olur:pozitiv və neqativ.Pozitiv düşüncə nədir?Pozitiv düşüncə yaxşı şeylər haqqında düşünməkdir.Pozitiv düşüncə yaxşı düşünməklə yanaşı ,həm də hərəkət etməkdən ibarətdir. Məsələn “mən uğurluyam” deməklə kifayətlənməyib, uğurlu olmaq üçün addım atmaqdır, pozitiv düşüncə. Pozitiv düşündükdə əhval-ruhiyyə qalxır,insan özünü yaxşı hiss edir. Bundan da əlavə hər bir yaxşı hadisələri özünə cəzb edir insan.Neqativ düşüncədə olanların isə əksinə əhval-ruhiyyəsi  dəyişir, insan depressiyaya düşür, stressdə olur.

Bütün neqativ hallar özünə dönüş edir.Pozitiv insanlar  yaxşı şeylər arzulayırlar və özlərini elə aparırlar ki, sanki arzusuna artıq çatıblar .Onlar  nə edirlər?Onlar həmdə təsəvvür edirlər.Bəli,bir insan ki ,yaxşı şeylər haqqında fikirləşirlərsə o yaxşı əhval-ruhiyyə onlara geri qayıdır.Xəstəlik haqqında danışan və fikirləşənlərin   xəstəliyi daha da çoxalır. Amma əksinə olaraq “mən sağlamam”deyənlər tez sağalır. Olmuş bir əhvalatı sizə təqdim edirəm. Bir xanım rəfiqəsinə deyir ki  xərçəng xəstəliyinə tutulub.3 aydan sonra rəfiqəsi ilə görüşüb deyir ki, həkimlər sağlam olduğunu deyib.Sonra deyir ki, bu neçə ay istədiyini yeyib içib, təbiətdə  çoxlu gəzib, mahnılara qulaq asıb, yaxşı şeylər haqqında fikirləşib. Necə deyərlər,öz istədiyi kimi yaşayıb.

Bu da onun sağalmasına kömək edib.

Var-dövlət haqqında fikirləşən insan var-dövlət  içində yaşayır, borclar haqqında düşünən isə borcları çoxaldır. Bir sözlə bir misalda deyildiyi kimi: “Nəyi əkərsən,onu da biçərsən”

Nisə Kərimova