Çaylarda sululuq səviyyəsi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 10 gün üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.

 

Son 10 gün üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.

TİA.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edir.

Tranzit çaylarda son vəziyyətə gəlincə, sentyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 24 m3/s təşkil edərək ongünlük normanın 27 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, sentyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Şirvanda 2, Salyanda 5 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Son məlumata görə, Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2016-cı il sentyabrın 15-də 407 sm), Şirvanda 179 sm, Salyanda 130 sm (2016-cı il sentyabrın 15-də 237 sm), Bankədə 167 sm (2016-cı il sentyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2016-cı il sentyabrın 15-də 125 sm) təşkil edir.