“Çayki”nin menecerinin pullarını oğurladı, həbs olundubackend

“Çayki”nin menecerinin pullarını oğurladı, həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dənizkənarı Milli Parkda yerləşən “Çayki” restoranın qadın menecerinin avtomobilindən pul oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Zamin Həsənov (ad-soyad şərti) hadisəyə görə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məlum olub ki, təqsirləndirilən şəxs bulvarın yaxınlığında olan mağazadan yarım litrlik araq alıb içib. Həmin gün saat 13 radələrində Dənizkənarı Milli Parkdakı “Çayki” restoranın yanına gəlib. Orada xanım menecerə məxsus “Nissan” markalı avtomobilə yaxınlaşaraq şüşəsini sındırıb. Maşından pul kisəsini götürərək hadisə yerindən uzaqlaşıb. Pul kisəsində 2 min manat pul, açarlar və bank kartları olub. Pulları götürdükdən sonra pul kisəsini kartlarla birlikdə atıb. Hadisədən 3 ay sonra həbs edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində 30 dekabr 2023-cü il tarixədək, həbsdə saxlanıldığı müddətinin 1 günü 2 gün azadlığın məhdudlaşdırılması cəzası çıxılmaqla onun barəsində 6 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. O, dərhal həbsdən azad edilib.