Çay və nar dəri xərçəngindən qoruyurbackend

Çay və nar dəri xərçəngindən qoruyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər xərçəng xəstəliyi geniş vüsət alıb.
Dəri xərçənginə tutulmaq halları da tez-tez müşahidə edilir.

Tribunainfo.az xəbər verir ki, aparılan araşdırmalar zamanı çayın bu növ xərçəngə müsbət təsir etdiyi və qalxan rolunu oynadığı məlum olub. Çayın tərkibində bol miqdarda güclü antioksidan mənşəli kateşin maddəsi var. Xüsusilə də təzə çay yarpaqlarından əldə edilən yaşıl çay daha faydalıdır. Antioksidan dərini zərərli şüalardan qoruyur.
Çay kimi nar meyvəsi də orqanizmə çox faydalıdır. Tərkibində bol miqdarda potasium, dəmir, kalsium, fosfor mineralları və C, B1, B2 vitaminlər var.
Dərini qoruyur, qocalmağı gecikdirir. Nar xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı üçün sinə, prostat, mədə xərçəng növlərinə qarşı qoruyucu vasitədir.
Nəzərinizə çatdıraq ki, araşdırma nəticəsində narın dəri xərçəngi zamanı şişi kiçiltdiyi bildirilib.