Bakıda tanış olduğu şəxsin oteldə pullarını oğurlayan qadına hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə “Eleon” oteldə baş verib.
Belə ki, 2005-ci ildə Bakı şəhərində doğulmuş Esmira (şərti) Memar Əcəmi metrostansiyasının yaxınlığında ofisiant işlədiyi “555 çay evi”ndə Zamin (şərti) adlı müştəri ilə tanış olub.
Onlar Zaminlə “Eleon” oteldə gecələyiblər. Zamin yatdıqdan sonra Esmira onun 1500 manat pulunu götürərək, oteli tərk edib.
Məhkəmənin qərarə ilə qadın Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.