Ermənistan Baş naziri aparatının rəhbərinin müavini Taron Çaxoyan Ermənistan Daşnaksütun Partiyasını kəskin tənqid edib.
Tribunainfo.az xəbər verir ki, o, daşnakları Ermənistanı fəlakətə sürüklədiyini vurğulayıb.
Çaxoyan bildirib ki, ddaşnaklar 10 noyabr sazişinə geri dönməyi tələb edirlər. “10 noyabr, daşnakların fikrincə, ermənilər üçün ən faciəli günlərdən biridir. Lakin onlar həmin günə qayıtmağı təklif edirlər. Əgər faciəlidirsə, ona geri dönməyi niyə istəyirlər? Yenidən faciə yaşamaq üçün? Bu, 130 yaşlı Daşnaksütyunun bədbəxtliyidir”.
Fərda Uğur