backend

Çavuşoğlu: “Çəkilməsə, vuracağıq!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YPG Münbicdən çəkilməsə, vuracağımızı daha əvvəl də söylədik. Məqsəd şəhərin əsl sahiblərinə qaytarılmasıdır”. 

“YPG Münbicdən çəkilməsə, vuracağımızı daha əvvəl də söylədik. Məqsəd şəhərin əsl sahiblərinə qaytarılmasıdır”.

TİA.AZ xəbər verir ki, bunu Ankarada jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əl-Babdan sonra Münbicə doğru hərəkət edəcəyik. Münbiç əməliyyatımız hələ başlanmayıb. ABŞ hərbi birliklərinin bölgədə olduğunu bilirik. ABŞ-dan tələbimiz YPG-nin dərhal Münbiçi tərk etməsi ilə bağlıdır”, – o bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir:

“Bu, bir terror düşərgəsinin yaranmasını təmin etməkdir. Bizim bu mövzudakı mövqeyimiz son dərəcə dəqiqdir, qətidir”.

Nazir Münbicdə ABŞ-la Türkiyənin toqquşma ehtimalını da qiymətləndirib:

“Bura ABŞ-ın torpaqları deyil, biz ABŞ əsgərləri ilə niyə qarşı-qarşıya gələk? Əgər ABŞ YPG-ni müttəfiq olaraq seçsə, o başqa məsəl. Elə bir razılaşmanın olmadığını bilirik”.