Cavidan atasının vəfatından danışdı: Son dəfə mənə dedi ki…backend

Cavidan atasının vəfatından danışdı: Son dəfə mənə dedi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sonuncu dəfə danışanda mənə dedi ki, hər şey yaxşı olacaq”. 
Bu sözləri açıqlamasında mərhum xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz deyib.
O, həmçinin atası Ramiz Novruzla son söhbətlərindən danışıb: “Sonuncu dəfə danışanda barmağı ilə əla göstərib, hər şey yaxşı olacaq dedi”.
Cavidan atasının ölüm səbəbinin xərçəng xəstəliyi olduğunu deyib:  “Xərçəngdən əziyyət çəkirdi. Komaya düşdü, ancaq təəssüf ki, ayılmadı”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.