Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaqbackend

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

Daha sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.