Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev savadsız müğənnilərin Xalq artisti adını almasından danışıb.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev savadsız müğənnilərin Xalq artisti adını almasından danışıb.
TIA.AZ xəbər verir ki, bəstəkar adını açıqlamadığı xalq artistinin məşhur mahnının müğəllifini tanımamasını savadsızlıq kimi qiymətləndirib:
“Bir dəfə telekanalın səhər programında hazırda çox populyar bir Xalq artisti olan müğənnidən səsləndirdikləri məşhur “Hardasan” mahnısının bəstəkarının kim olduğunu soruşdular, o dedi ki, Tofiq Quliyevdir. Müğənninin verilişə dəvət etdiyi sintezatorçu qız ( guya savadlıydı, Konservatoriya məzunu idi) onun yanlışını “düzəltdi” və mahnının müəllifinin Cahangir Cahangirov olduğunu dedi… Hər iki cavab yanlış idi – əslində, mahnı Səid Rüstəmovun bəstəsi idi.
Müasir Azərbaycanda əksər insanların daşıdıqları fəxri titullar və mükafatlar, təəssüf ki, onların savadlı və məlumatlı olduqlarına dəlalət etmir! Bir işi həqiqətən BİLMƏK və BACARMAQ, bakılılar demişkən, alayı şeydür…”
Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın əməkdar artisti Vəfa Zeynalovanın dünya şöhrətli rejissor Andrey Tarkoviskini tanımaması, onun heç bir filminin adını çəkə bilməməsi geniş müzakirələr səbəb olmuşdu.