Türk aktyor Arif Səlcuq əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.
Türk aktyor Arif Səlcuq əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.
TİA.AZ-ın məlumatına görə, Antakyada nikah salonunda xoşbəxtliklərinə imza atan cütlük sadə bir mərasimlə ailə qurub. Qohum və sevənlərinin iştirak etdiyi nikah mərasimindən sonra cütlük sevənləri ilə bir araya gəlib.
Hataya azərbaycanlı gəlin gətirən Arif Səlcuq iki dövlət bir millət prinsipini müdafiə etdiyini ifadə edib: “Azərbaycan insanının qonaqpərvərliyi, mədəniyyəti bizlərə çox bənzəyir. Azərbaycanın ən sevilən sənətçisi Cavanşir Məmmədovun da kürəkəni olmaqdan son dərəcə qürur duydum. İnsanlarımızın qonaqpərvərliyini, bir yerdə yaşamaq mədəniyyətimizi, yerli yeməklərimizi və xüsusilə də künefeyi çox sevdilər”.
Arif Səlcuq aktyorluğa 2007-ci ildə “Asi” serialı ilə başlayıb. Aktyor müxtəlif teatr, serial və kino filmlərdə arol alıb.