Əməkdar artist Cavanşir Məmmədov tanınmış teleaparıcı Lalə Azərtaşı yenə tənqid edib.
Bir müddət öncə Türkiyə vətəndaşı İbili Mustafa Kamal oğlu “Xəzər” televiziyasında Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” verilişinə çıxaraq Əməkdar artist Cavanşir Məmmədov və ailəsi haqqında ittihamlar səsləndirmişdi. İbilinin ona borcu olduğunu deyən Cavanşir Məmmədov bir neçə gün sözügedən verilişə çıxaraq məsələyə aydınlıq gətirmişdi. Bu zaman aparıcı Lalə Azərtaş və Əməkdar artist arasında fikir ayrılıqları yaranmış və müğənni aparıcını qərəzli olmaqla günahlandırmışdı.
Tribunainfo.az xəbər verir ki, ARB TV-də yayımlanan “Xəbər ətər” verilişində qonaq olan Cavanşir Məmmədov aparıcı Lalə Azərtaşın qərəzli mövqe tutduğunu bildirib.
O deyib ki, Lalə Azərtaş ondan üzr istəməlidir: “Azərtaş aparıcısı olduğu verilişdə məni və ailəmi təhqir etdiyinə görə, efirdə üzr istəməlidir. Lalə Azərtaş aparıcısı olduğu verilişdə mənimlə bağlı çox böyük səhvə yol verib. Lalə elə bilir ki, Cavanşir adi, sıradan müğənnidir və heç nədən başı çıxmır. O, bunların nəticəsini görəcək. Həyat yoldaşımın xəstəlik kağızını ona göstərib, deyirəm ki, xanımım iki dəfə insult keçirib. Lakin Lalə bunun yalan olduğunu bildirib. Guya ona kimsə söyləyib ki, xanımımın xəstə olması yalandır. Yalnız xanımımın xəstəlik kağızında yazılmış tarixi oxuyandan sonra “rəngi qaçdı”. Lalə mənə deyir ki, “sən 170 min manatı keçmiş kürəkənin Mustafa İbilidən alsan, onun 70 min manatını mənə verməlisən”. Bu, nə deməkdir? Sən mənimlə pul qazanmışdın ki, sənə 70 min manat verim? O pulu geri alsam onun müəyyən hissəsini “YAŞAt” fonduna ianə edəcəyəm, qazilərə və şəhid ailələrinə verəcəyəm. Lalə yalanlar danışır. Kimsən axı sən? Sən vasitəçisən, aparıcısan qutardıq səninlə vəssalam”.
Verilişin aparıcısı Zümrüd Bədəlova araya girərək həmkarını müdafiə edib və məsələnin artıq yekunlaşdığını xatırladıb.