“Cavanşir” körpüsü bu tarixdə açılacaq – RƏSMİ

“Cavanşir” körpüsü bu tarixdə açılacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 20 may tarixindən etibarən təmir-tikinti işləri ilə əlaqədar “Cavanşir” körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bəs, körpü nə vaxt istifadəyə veriləcək? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbuat.az-a bildirib ki, hazırda təmir-tikinti işləri davam etdirilir.

“Artıq körpü sökülüb. Ərazidən söküntü materialları çıxarılıb. Torpaq yatağı işlənəcək. Təqribən 3 ay ərzində körpünün istifadəyə veriləcəyi planlaşdırılır”