Cavanşir Feyziyevin “Vita Aptekləri” də cərimələndi

Cavanşir Feyziyevin “Vita Aptekləri” də cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Cavanşir Feyziyevə məxsus olan “Vita Aptekləri” MMC barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Vita Aptekləri” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.3-cü maddəsini pozub. Belə ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

MMC-nin işinə bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman